10:18 18-01-2021
news_image
388
FUTBOL

Tarixə düşdü – “Barselona”nın qənimi

“Atletik”in baş məşqçisi Marselino Toral tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis Superkubokun finalında “Barselona”ya qalib gələrək buna nail olub.

Onun rəhbərlik etdiyi komanda həlledici qarşılaşmada kataloniyalıları 3:2 hesabı ilə məğlub edib. Marselinonun başçılığı altında 2019-cu ildə “Valensiya” İspaniya kubokunun finalında “Barselona”nı qalib gəlməyi bacarıb. Bununla ispaniyalı ardıcıl iki finalda “Barselona”nı məğlub edən ilk məşqçi olub.

Qeyd edək ki, “Atletik” yarımfinalda İspaniyanın digər nəhəngi “Real”ı mübarizədən kənarlaşdırıb.