10:29 18-01-2021
news_image
659
FUTBOL

“Sumqayıt” Premyer Liqada liderdir – “Sabah”ın axtarışları

Ən optimal heyətə malik komandalar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası 72 ölkənin liqalarında çıxış edən klubların heyəti ilə bağlı araşdırmaların nəticəsini açıqlayıb.

Hər komandanın ən çox oyun keçirən 11 futbolçusunun mövsüm ərzində meydanda keçirdiyi vaxtın çəkisi hesablanıb. Azərbaycan Premyer Liqasında lider “Sumqayıt”dır.

“Gənclik şəhəri” təmsilçisi ən optimal heyətə malikdir. Komandanın əsas “11-liy”i 80,6 faiz vaxtı meydanda olub. Ən az şans qazanan “11-lik” “Sabah”dadır. 

1. “Sumqayıt” - 80,6%
2. “Səbail” - 80,5%
3. “Neftçi” - 79,7%
4. “Qəbələ” - 77,0%
5. “Zirə” - 76,5%
6. “Keşlə” - 76,3%
7. “Qarabağ” - 70,6%
8. “Sabah” - 69,4%