11:53 18-01-2021
news_image
842
FUTBOL

Azərbaycanda sabiq klubundan təklif aldı – Elvin Yunuszadə

Şimali Makedoniyanın “Şkupi” klubunda çıxış edən Elvin Yunuszadə yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu ölkə daxilindən artıq ilk təklifi alıb.

Hazırda Bakıda olan və maliyyə problemi ucbatından klubuna qayıtmağı düşünməyən 29 yaşlı mərkəz müdafiəçisi “Səbail”in gündəminə düşüb. Bakı klubu keçmiş oyunçusu ilə müqavilə bağlamaqda maraqlı olduğunu Yunuszadənin özünə çatdırıb. Müdafiəçi isə “Şkupi” ilə məsələnin həllini gözləyir.

Qeyd edək ki, Elvin Yunuszadə 2019-cu ildə “Səbail”in formasını geyinib. Onun “Şkupi” ilə müqavilə müddəti iyunun sonuna qədərdir.