12:37 18-01-2021
news_image
605
FUTBOL

Məsut Özilin ardından Eden Azar – “Fənərbaxça”nın planı

Almaniya millisinin sabiq futbolçusu Məsut Özili transfer edən Türkiyənin “Fənərbaxça” klubu heyətinə daha bir ulduz qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Eden Azarın xidmətində maraqlıdır.

Super Liqa təmsilçisi Belçika millisinin və İspaniya “Real”ının ulduzunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. “Fənərbaxça” Madrid təmsilçisində özünü yaxşı göstərə bilməyən yarımmüdafiəçidən faydalanmaq arzusundadır.

Qeyd edək ki, Azar cari mövsüm La Liqada 6 oyunda 1 qol vurub.