15:04 18-01-2021
news_image
243
FUTBOL

Özünə klub tapdı – millinin sabiq futbolçusu

İngiltərə millisinin və “Arsenal”ın sabiq futbolçusu Cek Uilşirin karyerasını davam etdirə biləcəyi klub müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Bornmut”a keçir.

29 yaşlı futbolçu ötən ilin oktyabrından düşərgəsində məşq keçdiyi Çempionşip təmsilçisi ilə müqavilə imzalamağa yaxındır.

Uilşirin son klubu “Vest Hem” olub. O, oktyabrın əvvəlində bu komandadan ayrılıb.

Qeyd edək ki, 2010-16-cı illərdə yığmada oynamış Uilşir “Vest Hem”dən öncə 10 ilə yaxın “Arsenal”ın şərəfini qoruyub.