16:29 18-01-2021
news_image
158
FUTBOL

“Arsenal”ın baş məşqçisinin istəyi – “Şaxtyor”un yarımmüdafiəçisi

İngiltərənin “Arsenal” klubu Manor Solomonu transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir.

Onun transferində baş məşqçi Mikel Artata maraqlıdır. 21 yaşlı israilli futbolçu mütəxəssisdə müsbət rəy yarada bilib.

Qeyd edək ki, Çempionlar Liqasının 6 oyununda 2 qol vuran vinger “Mançester Siti”nin də maraq dairəsindədir.