17:53 18-01-2021
news_image
213
FUTBOL

“Bavariya”dan gedir – Ştiler

Almaniyanın “Bavariya” klubunun futbolçusu Angelo Ştilerin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi “Hoffenhaym”la müqavilə imzalayıb.

Ştiler yayda yeni klubuna qoşulacaq. O, “Hoffenhaym”a azad agent kimi keçəcək. Angelonun müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

Qeyd edək ki, Ştiler cari mövsüm “Bavariya”da 3 oyun keçirib.