21:45 18-01-2021
news_image
90
FUTBOL

16 yoluxma – Premyer Liqada

İngiltərə Premyer Liqasında növbəti koronavirus testlərinin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yanvarın 11-17-də baş tutan müayinələr zamanı 3115 nəfər test verib.

Futbolçu və klub əməkdaşlarının yoxlanışı zamanı 16 müsbət test aşkarlanıb. Yoluxanların hamısı 10 günlük karantinə alınıb.

Qeyd edək ki, ötən yoxlamalarda daha çox – 36 müsbət test aşkarlanmışdı.