22:34 18-01-2021
news_image
138
FUTBOL

Sabiq məşqçisini öz komandasına apardı - Pike

İspaniyanın “Barselona” klubunun futbolçusu Jerar Pike sahibi olduğu “Andorra”ya yeni baş məşqçi təyin edib.

Apasport.az saytının məlumatına görə, İspaniya çempionatının B Sequndasında mübarizə aparan klubu Eder Sarabiya çalışdıracaq.

O, “Barselona”da Pikenin sabiq məşqçilərindən olub. Sarabiya keçmiş baş məşqçi Kike Setyenin köməkçilərindən idi.

Sarabiya ilə 2,5 mövsümlük müqavilə imzalanıb. O, bu postda Naço Kastronu əvəzləyib.

Qeyd edək ki, “Andorra” gücünə görə 3-cü olan divizionda öz qrupunda 2-ci pillədə qərarlaşıb.