00:00 19-01-2021
news_image
173
FUTBOL

“Borussiya” ilə müqavilə imzalayır - Kone

Almaniyanın “Borussiya” klubu heyətinə yeni futbolçu qatır.

Apasport.az saytının məlumatına görə, Mönhenqladbax təmsilçisi Fransanın “Tuluza” klubunun 19 yaşlı yarımmüdafiəçisi Kuadio Koneni heyətinə qatacaq.

Onunla 2026-cı ilədək nəzərdə tutulan müqavilə imzalanacaq. Lakin Kone mövsümü Liqa1 təmsilçisində başa vuracaq. “Borussiya” onu indiki klubuna yarım illik icarəyə verəcək.

Qeyd edək ki, cari mövsüm 19 oyun keçirən futbolçu 1 qol vurub.