22:53 18-01-2021
news_image
292
FUTBOL

“Həmişə assist kralı kimi xatırlanacaqsan” – Özillə vidalaşdı

İngiltərənin “Arsenal” klubunun futbolçusu Şkodran Mustafi Türkiyə “Fənərbaxça”sı ilə anlaşan Məsut Özillə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq futbolçusu həm yığma, həm klubdakı keçmiş komanda yoldaşı ilə şəklini paylaşıb.

Mustafi Özilə uğurlar arzulamaqla yanaşı onu assist kralı da adlandırıb: “Qardaş, sən meydanda və ondan kənarda ən qeyri-eqoist oyunçu oldun. Sən həmişə assist kralı kimi xatırlanacaqsan. Təəssüf ki, biz komanda olaraq sənə lazım olanda kömək edə bilmədik. Sənə uğurlar arzulayıram”.