00:08 19-01-2021
news_image
171
FUTBOL

Bundesliqaya qayıdır – 37 yaşlı hücumçu

Niderlandın “Ayaks” klubunun futbolçusu Klas-Yan Huntelar yenidən Almaniya Bundesliqasında çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı hücumçu əvvəllər də şərəfini qoruduğu “Şalke”yə qayıdır.

Artıq Helzenkirhendə olan veteran forvard tibbi müayinədən sonra müqavilə imzalayacaq. O, Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşən “Şalke”yə kömək üçün geri dönüb.

Qeyd edək ki, 2010-17-ci illərdə “Şalke”də oynamış Huntelar cari mövsüm 14 oyunda 7 qol vurub.