09:09 19-01-2021
news_image
515
FUTBOL

Azərbaycan klubları 61 transfer edib - FİFA-nın hesabatı

FİFA transferlərlə bağlı hesabatında 2020-ci ildə hansı ölkə klublarının nə qədər oyunçu ilə anlaşdığını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları ötən il ərzində 61 futbolçu transfer edib.

Həmçinin təmsilçilərimiz 51 nəfərlə də yollarını ayırıb. Oyunçu transferində ümumilikdə 10 klubumuzun adı yer alırsa, onlardan yalnız 3-ü satışda iştirak edib. Ancaq klublarımızın ümumi xərc və qazancları açıqlanmayıb.

Transferlərdə ən fəal ölkə Braziliya olub. Cənubi Amerika ölkəsinin təmsilçiləri il ərzində 1015 nəfərlə anlaşıb, 820-ni yola salıb.