10:39 19-01-2021
news_image
560
FUTBOL

Həmyerlisini komandasına gətirir - Qabriele Hayntse

Argentina millisinin sabiq futbolçusu Lisandro Lopes karyerasını MLS-də davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı hücumçu “Atlanta Yunayted”ə keçir.

Son klubu Argentina “Rasinq”i olan forvard ABŞ təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq. Ötən mövsüm 31 oyunda 4 qol vuran Lopes MLS klubuna böyük ümidlərlə transfer olunur.

Bu komandanı Argentina millisinin sabiq müdafiəçisi Qabriele Hayntse çalışdırır. O, Niderland yığmasına keçən Frank de Buru əvəzləyib.

Qeyd edək ki, Lisandro əvvəllər Portuqaliyada “Porto”, Fransada “Lion”, Qətərdə “Əl-Qərəfə”, Braziliyada “İnternasional”da oynayıb.