11:15 19-01-2021
news_image
791
DİGƏR NÖVLƏR

Sabiq pilot blok edildi - ədəbsiz paylaşımlarına görə

“Supercars” avtomobil yarışlarının sabiq pilotu Rene Qreysi xoşagəlməz halla üzləşib.

Apasport.az saytının məlumatına görə, avstraliyalı pilotun instaqram səhifəsi bloklanıb. 

Buna səbəb Renenin ədəbsiz səkillər paylaşması olub. 26 yaşlı pilot ötən il yürüş avtomobilinin sükanını pornobiznesə dəyişməklə diqqət mərkəzinə düşüb. O, yeni sahədə peşəkar idmandan daha çox qazanmağa başlayıb.

Qreysinin bloklanan səhifəsində 750 min abunəçi olub. Lakin sabiq pilotun fanat səhifələri toxunulmaz qalıb. Onun digər sosial şəbəkələrdəki səhifələri də senzuraya düşməyib.