16:15 19-01-2021
news_image
132
FUTBOL

Son şans - Lempard üçün

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempardın taleyi “Lester”lə bugünkü oyundan asılıdır.

Apasport.az saytının məlumatına görə, XVIII turdakı məğlubiyyət gənc mütəxəssisin istefası ilə nəticələnə bilər.

Nəticələrdən narazı olan klub rəhbərliyi artıq namizədləri də nəzərdən keçirir. Lempardı baş məşqçi postunda Tomas Tuxel, Massimiliano Alleqri, Brendan Rocers və Ralf Hazenhuttlu əvəzləyə bilər. Hazırda Premyer Liqada 7-ci olan londonlular liderdən 8 xal geri qalır.

Qeyd edək ki, “Lester” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.