17:22 19-01-2021
news_image
260
FUTBOL

Cəzası bəlli oldu - Messinin

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin cəzası bəlli olub.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Superkubokun “Atletik”lə final görüşündə (2:3) rəqib müdafiəçinin başına arxadan zərbə endirən Messi qırmızı vərəqəyə görə növbəti iki matçı buraxacaq. Hərçənd öncədən onun cəzalısının 4-12 oyun aralığında olacağı ehtimal edilirdi.