17:51 19-01-2021
news_image
171
FUTBOL

Premyer Liqa klubu istəyir – “Qalatasaray”ın hücumçusunu

“Qalatasaray”ın hücumçusu Mbaye Dian karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard “Vest Bromviç”in maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Sem Ellardays Seneqal millisinin üzvünü sərəncamında görmək niyyətindədir. “Vest Bromviç” Dianı yayda birdəfəlik transfer etmək şərtilə 6 aylıq icarəyə götürmək istəyir.

Qeyd edək ki, Mbaye Dian cari mövsüm “Qalatasaray”ın heyətində 18 oyunda 11 qol vurub.