22:36 19-01-2021
news_image
173
FUTBOL

Superkuboka itki ilə çıxacaq – “Yuventus”

“Yuventus” İtaliya Superkubokunda “Napoli” ilə keçiriləcək oyunun iştirak ərizəsini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi qarşılaşmaya 21 futbolçu ilə yollanacaq.

Baş məşqçi Andrea Pirlo aparıcı oyunçulardan birinin xidmətindən məhrum olacaq. Argentinalı hücumçu Paulo Dibala yanvarın 21-də baş tutacaq matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Yuventus” – “Napoli” görüşü Recco nel Emiliya şəhərində yerləşən “Mapei” stadionunda keçiriləcək.