00:04 20-01-2021
news_image
151
FUTBOL

“Barselona”nın iki müdafiəçisini istəyir – “Milan”

İspaniyanın “Barselona” klubunun iki futbolçusu İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçilər Samuel Umtiti və Junior Firpo “Milan”ın maraq dairəsinə düşüb.

“Rossonyerlər” fransalı və ispaniyalı oyunçunun keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb. Heyətini genişləndirmək istəyən milanlılar qış “transfer pəncərəsi” bağlanmamış hər iki müdafiəçi ilə anlaşmağa çalışır.

Qeyd edək ki, Umtiti 2023-cü il, Firpo isə 2024-cü ilin yayına qədər müqavilə ilə “Barselona”ya məxsusdur.