22:18 19-01-2021
news_image
132
FUTBOL

Azarı komandaya layiq saymadı – sabiq “Real”lı

İspaniyanın “Real” klubunun sabiq futbolçusu Predraq Piyatoviç komandanın hücumçusu Eden Azarın çıxışına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, monteneqrolu mütəxəssis Azarın “kral klubu”nda oynamağa layiq olmadığını düşünür.

O, baş məşqçi Zinəddin Zidana belçikalını ilk “11-lik”də meydana buraxmamağı məsləhət görüb: “Azar start heyətində olmamalıdır. Ancaq onu məşqdə görən və yekun qərarı verən Zidandır. Məncə, “Real” Azarsız daha yaxşı oynayır”.

Qeyd edək ki, Eden Azar “Real”a 2019-cu ildə İngiltərə klubu “Çelsi”dən keçib.