22:59 19-01-2021
news_image
253
FUTBOL

Mövsümü başa vurdu – Türkiyə millisinin futbolçusu

Türkiyə Super Liqasının XX turunda “Konyaspor” üzərində 3:1 hesablı qələbə qazanan “Trabzonspor” əvəzində bir aparıcı futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 27-ci dəqiqəsində zədələnərək əvəzlənən yarımmüdafiəçi Abdülkadir Ömürün durumunun ciddi olduğu müəyyənləşib.

Həkimlər 22 yaşlı cinah oyunçusunun sağ ayaq topuğunda sınıq aşkarlandığını bildirib. Ötən il əməliyyat olunduğu üçün 6 ay yaşıl meydanlardan uzaq qalan Türkiyə millisinin üzvünün yenə ən azı 4 ay komandadan uzaq qalacağı açıqlanıb. Bu isə gənc oyunçu üçün mövsümün erkən başa çatdığı anlamına gəlir. Onun yayda keçiriləcək AVRO-2020-də iştirakı da sual altına düşüb.

Qeyd edək ki, “Trabzonspor” hazırda 30 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.