00:28 20-01-2021
news_image
211
FUTBOL

28 milyonluq təklif – “Arsenal”ın oyunçusuna

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Ektor Belyerin komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Fransa PSJ-si 26 yaşlı oyunçunu transfer etmək niyyətindədir.

Sağ cinahdakı problemi İspaniya millisinin üzvü ilə həll etməyi planlaşdıran parislilər qarşı tərəflə danışıqlara start verib. PSJ keçidin reallaşması üçün ilkin olaraq 28 milyon avro təklif edib. Ancaq ulduz futbolçu İspaniya klubu “Barselona” və İtaliya çempionu “Yuventus”un da gündəmindədir.

Qeyd edək ki, Ektor Belyerinin “Arsenal”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.