23:23 19-01-2021
news_image
178
FUTBOL

“Ayaks”a rəsmi təklif – “Qalatasaray”dan

Transfer çalışmalarını davam etdirən “Qalatasaray” daha bir tanınmış futbolçu ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu heyətini “Ayaks”ın hücumçusu Kvinsi Promeslə gücləndirmək niyyətindədir.

Henri Onyekurunun keçidində “Monako” ilə ortaq məxrəcə gələ bilməyən “sarı-qırmızılılar” alternativ olaraq Niderland millisinin üzvü ilə danışıqlara başlayıb. “Cim-bom” 29 yaşlı oyunçunun icarəyə götürülməsi üçün “Ayaks”a ilk rəsmi təklifini edib.

Qeyd edək ki, “Ayaks”a ötən mövsümün əvvəlində “Sevilya”dan keçən Kvinsi Promes 50 oyunda 22 qol vurub, 6 məhsuldar ötürmə verib.