11:19 20-01-2021
news_image
349
FUTBOL

11 milyonluq təklif - Medinaya

İngiltərənin “Mançester Yunayted” klubu müdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Fakunda Medinanı heyətinə qatmaq istəyir.

Fransanın “Lans” klubunda çıxış edən 21 yaşlı argentinalı Mançester təmsilçisinin transfer siyahısında yer alıb. Klub rəhbərliyi Medina üçün 11 milyon funt sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Medina 2020-ci ildə “Talyeres”dən 3,15 milyona transfer olunub.