11:44 20-01-2021
news_image
317
FUTBOL

“İnter”ə təklif olundu – “Liverpul”un hücumçusu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Divok Oriqi karyerasını davam etdirmək variantları axtarır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisində heyətə düşməkdə çətinlik çəkən belçikalı hücumçu qış transfer pəncərəsində İtaliyaya yollana biər.

25 yaşlı forvard “İnter”inə təklif olunub. Divokun Milan təmsilçisinə icarəyə verilməsi gündəmdədir.

Qeyd edək ki, Oriqi “Liverpul”a 2014-cü ildə “Lill”dən keçib.