13:02 20-01-2021
news_image
330
FUTBOL

25 milyonluq təklif – PSJ-dən

Fransanın PSJ klubu İspaniya “Barselona”sında çıxış edən Emersonu heyətinə qarmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi sağ cinah müdafiəçisi ilə bağlı rəsmi təklif göndərməyə hazırlaşır.

Parislilər Emerson üçün 25 milyon avro təklif edəcək. Mövsümün sonunadək “Betis”ə icarəyə verilən müdafiəçinin yayda Fransaya yollanacağı gözlənilir.

Qeyd edək ki, “Betis” də meksikalı futbolçunu heyətində saxlamaq niyyətindədir.