14:45 20-01-2021
news_image
360
FUTBOL

Transfer etməyə qərar verdi - icarəyə götürdüyü müdafiəçini

İtaliyanın “Roma” klubunun futbolçusu Alessandro Florensi Fransa təmsilçisi PSJ-yə transfer oluna bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi hazırda icarə əsasında şərəfini qoruduğu Liqa1 təmsilçisində ümidləri doğruldub.

Bu üzdən də Paris klubu 29 yaşlı arxa xətt oyunçusunu transfer etməyə qərar verib. Paytaxt təmsilçisi müqavilədəki bəndə əsasən oyunçunu 9 milyon avroya transfer edəcək. Klub rəhbərliyi müdafiəçiyə 4 illik müqavilə hazırlayıb.

Qeyd edək ki, Florensi cari mövsüm 19 oyunda 2 qol vurub.