20:05 20-01-2021
news_image
139
FUTBOL

2021-ci ilin ilk təyinatları – Premyer Liqada

AFFA-nın Hakimlər Komitəsi 2021-ci ilin ilk təyinatlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında XIV turun ilk oyun gününün hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Turun ilk günündə 3 matç baş tutacaq. Bu görüşləri Orxan Məmmədov, Kamal Umudlu və Vüqar Həsənli idarə edəcək.

Azərbaycan Premyer Liqası
XIV tur
21 yanvar (cümə axşamı)
“Zirə”– “Qəbələ”

Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 16:00
 
“Səbail” – “Neftçi”
Hakimlər:
Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 16:00
 
“Sabah” – “Qarabağ”
Hakimlər:
Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”, 18:00