21:23 20-01-2021
news_image
217
FUTBOL

Autsayderlərin görüşü baş tutmayacaq – koronavirusa görə

Koronavirus pandemiyası daha bir oyunun təxirə salınmasına səbəb olub.

Apasport.az saytının məlumatına görə, Fransa Liqa1-in “Nim” – “Loryan” matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

XXI turun görüşü yanvarın 24-də Nimdə keçirilməli idi. Lakin qonaqların 11 futbolçusunun infeksiyaya yoluxması qarşılaşmanın təşkilini mümkünsüz edib.

Qeyd edək ki, 20 oyundan sonra hər iki komanda autsayderlər qrupunda yer alıb. “Nim” 15 xalla 18-ci, “Loryan” 12 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.