00:56 21-01-2021
news_image
133
FUTBOL

Əlavə 2 dəyişiklik qaydası tətbiq olunacaq – Premyer Liqada

İngiltərə Premyer Liqası beyin silkələnməsi şübhəsi olan hallarda əlavə oyunçu dəyişikliklərinin tətbiqinin lehinə səs verib.

Apasport.az saytının məlumatına görə, belə hallarda hər komanda əlavə iki əvəzetmə hüququ qazanacaq.

Bu yeniliyin nə vaxtdan tətbiq ediləcəyi açıqlanmır. Bu tarix FİFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) ilə məsləhətləşmələrdən sonra dəqiqləşəcək.

Qeyd edək ki, bu yenilik klublararası dünya çempionatında sınaqdan keçiriləcək.