10:29 21-01-2021
news_image
1276
FUTBOL

Dünyada yeri açıqlandı – Azərbaycan Premyer Liqasının

Dünyanın ən yaxşı futbol liqalarının reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cədvəldə planetin 80 ən yaxşı çempionatı yer alıb.

2020-ci ilin yekunlarına əsasən ən yaxşılar arasına Azərbaycan Premyer Liqası da düşüb. Çempionatımız dünyada 74-cü yerdədir.

Hesabında 174 xal olan Premyer Liqa ötən illə müqayisədə 18 pillə geriləyib. Bir il əvvəl Azərbaycan çempionatı dünyada 56-cı idi.

İlk “üçlük”də ciddi dəyişikliklər olub. Ötən il 4-cü olan İtaliya A seriyası 1026 xalla 1-ci pilləyə yüksəlib. Hərəyə bir pillə geriləyən İngiltərə Premyer Liqası 1003 xalla 2-ci, Braziliya A seriyası 964 xalla 3-cü pilləyə yuvarlanıb. 954 xala malik İspaniya La Liqası isə “üçlüy”ü tərk edərək 4-cü sıraya enib.

Qeyd edək ki, qardaş Türkiyənin Super Liqası 2 pillə irəliləyib. 26-cı olan çempionatın 430 xalı var.