11:04 21-01-2021
news_image
526
FUTBOL

10-un 1-ə nisbəti - Canni de Byazinin əmsalı

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin Polşa yığmasının sükanı arxasına keçmək ehtimalı hələ də qüvvədədir.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Polşa Futbol Assosiasiyası siyahıda adları olan mütəxəssislərlə tezliklə danışıqlara başlayacaq.

Bukmeker kontorlarından biri isə baş məşqçi postuna namizədlərlə bağlı əmsalları açıqlayıb. “Atalanta” klubundan yenicə istefaya göndərilən Marko Campaolo əsas favorit sayılır. De Byazi ilə xorvatiyalı Nenad Byelitsa 2-3-cü yerləri bölüşdürürlər. Onların Polşa yığmasına rəhbərlik etmək əmsalı 10-un 1-ə nisbətində göstərilib. 

Hazırlanan siyahıda Luçano Spalletti, Lusyen Favr da daxil olmaqla, 24 məşqçinin adı var.

Qeyd edək ki, ötən ildən Azərbaycan millisini çalışdıran Canni de Byazinin AFFA ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.