11:10 21-01-2021
news_image
316
FUTBOL

Rekordu yenilədi - Levandovski

“Bavariya”nın futbolçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekordu rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu başa çatan I dövrədə 22 qol vurub.

Bu, turnirin tarixində yeni rekorddur. Levandovski Herd Müllerə məxsus rekordu 2, şəxsi göstəricisini 3 top yaxşılaşdırıb.

Bundesliqada 1-ci dövrədə ən çox qol vuranlar
22 - Robert Levandovski - 2020/21
20 - Herd Müller - 1968/69
19 - Peter Meyer - 1967/68
19 - Herd Müller - 1972/73
19 - Herd Müller - 1976/77
19 - Robert Levandovski - 2019/20