11:16 21-01-2021
news_image
225
FUTBOL

“Real Sosyedad”ın hücumçusunu aparır – Premyer Liqaya

İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Villian Joze karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, hücumçu “Vulverhempton”a keçə bilər.

Premyer Liqa klubu 29 yaşlı forvardı mövsümün sonunadək, sonradan transfer etmək hüququ ilə icarəyə götürməyi planlaşdırır. “Canavarlar” Raul Ximenesin zədələnməsindən sonra hücumçu axtarışına çıxıb.

Qeyd edək ki, Villian cari mövsümün 21 matçında 6 qol vurub.