13:28 21-01-2021
news_image
115
FUTBOL

Almaniyaya qayıtmaq istəyir - Riberi

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Frank Riberi Almaniyaya qayıtmaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, həmin ölkədə uzun illər “Bavariya”nın formasını geyinmiş fransalı yarımmüdafiəçi yenidən Bundesliqada oynamaq arzusunda olduğunu etiraf edib.

37 yaşlı oyunçu hələ karyerasını bitirməyi planlaşdırmır: “Hazırda yalnız “Fiorentina” barədə düşünürəm, çünki komanda üçün vacib oyunçuyam. Bundan başqa, İtaliyadakı işlərimi bitirdikdən sonra Bundesliqaya qayıdacağımı istisna etmirəm”.

Qeyd edək ki, Riberi cari mövsüm 16 oyunda 4 məhsuldar ötürmə verib. O, 2007-2019-cu illərdə “Bavariya”nın formasını geyinib.