14:18 21-01-2021
news_image
86
FUTBOL

Turun son matçına təyinat aldı – FİFA referisi

AFFA Hakimlər Komitəsi XIV turun son matçının təyinatlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “Keşlə” ilə “Sumqayıt” arasında baş tutacaq görüşün hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

“ASK Arena” keçiriləcək görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, turun digər üç oyunu bu gün baş tutacaq.

Azərbaycan Premyer Liqası
XIV tur
22 yanvar
16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev