17:29 21-01-2021
news_image
261
FUTBOL

“Real”a qayıdır? – Ronaldo

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilə “Real”ın prezidenti Florentino Peres arasındakı münasibətlər qaydasına düşüb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduzla futbol funksioneri artıq bir neçə aydır müntəzəm təmasdadır.

Bu isə 35 yaşlı oyunçunun “kral klubu”na qayıdacağı ilə bağlı söz-söhbətin yaranmasına səbəb olub. Ronaldo ilə Peresin danışıqlarının təfərrüatı müəyyənləşməsə də, bunun transferlə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, Kriştianu Ronaldo “Yuventus”a 2018-ci ilin yayında məhz “Real”dan keçib.