15:35 21-01-2021
news_image
116
FUTBOL

Ronaldo Xaviyə çatdı – dünyada 9-cudur

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasında 33-cü titulu qazanıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı Turin təmsilçisi ilə İtaliya Superkubokunu qazanmaqla titul sayında Xaviyə çatıb.

Onlar dünyanın ən titullu futbolçuları siyahısında 9-cu yeri bölüşür. 1-ci pillədə isə Dani Alves qərarlaşıb.

1. Dani Alves - 42
2-3. Andres İnyesta – 37
Maksvell - 37
4-5. Lionel Messi – 36
Rayan Giqqz – 36
6. Kenni Dalqliş – 35
7-8. Jerar Pike – 34
Vitor Bayya - 34
9-10. Kriştiano Ronaldo – 33
Xavi - 33

Qeyd edək ki, “Yuventus” Superkubok matçında “Napoli”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.