16:18 21-01-2021
news_image
392
TOKİO-2020

“Olimpiadanın başlamamasını düşünmək üçün heç bir əsas yoxdur” - Tomas Bax

“Hazırda Olimpiya Oyunlarının iyulun 23-də başlamamasını düşünmək üçün heç bir əsas yoxdur. Buna görə də B planımız mövcud deyil”.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib.

Almaniyalı bildirib ki, Yaponiyanın paytaxtı Tokioda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası üzündən təxirə salınması gündəmdə deyil: “Biz bu yarışın uğurlu və təhlükəsiz olduğu qənaətindəyik”.

Bax Oyunların tamaşaçılarsız keçirilməsini də istisna etmir: “Bizim üçün əsas təhlükəsizlikdir. Bu üzdən də hər şey mümkündür”.