17:38 21-01-2021
news_image
317
FUTBOL

“UEFA-nın qərarı məntiqsizdir” – Sərgən Yalçın

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın UEFA-nı tənqid edib.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis oyunöncəsi məşq zamanı qapıçı cərimə meydançasına daxil olmamaqla bağlı qadağaya sərt reaksiya verib.

O, qitə futbol qurumunun bu qadağasının başadüşülən olmadığını bildirib: “UEFA-nın bu qərarı məntiqsizdir. Bu qurumun üzündən isinmə hərəkətləri zamanı cərimə meydanından istifadə etmək olmur. UEFA icazə vermirmiş. Belə şey olar? Elə isə niyə bu stadionda oyun keçiririk? Qapıçıların kənarda məşq keçməsini başa düşə bilmirəm”.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasında 20 turdan sonra 38 xalla birinci pillədə qərarlaşıb.