20:41 21-01-2021
news_image
338
FUTBOL

Nurlan İbrahimovun vəzifəsindən ayrılmasından danışdı – “Qarabağ”ın baş məşqçisi

“Onun barəsində danışmaq mənim üçün ağırdır. Təəssüf ki, belə sərt qərar oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulan Nurlan İbrahimovun klubun mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılmasına münasibət bildirib: “Klub olaraq hamımız Nurlandan məmnun idik. Onunla isti münasibətlərimiz var idi. Buna hamımız üzüldük. Amma Nurlan həmişə bizim yanımızdadır, qəlbimizdədir. Nurlan bundan sonra da qarabağlıların ürəyində qaldı”.

Qurbanov sabiq mətbuat xidməti ilə bağlı sərt qərarın UEFA-da olan nüfuzumuza təsirindən də danışıb: “Məni də sildirmək istəyirsiniz? (gülür). Ümumiyyətlə, həddən artıq az danışmalıyıq. Bəzi qərarlara görə onları qınaya bilmərik. Çünki əvvəlcədən federasiyalara xəbərdarlıq olur. Hamı ilə mübarizə apara bilərik. Amma həm vaxtımızı aparar, həm də nüfuzumuzu salar. 4-5 element var ki, daim ehtiyatlı olmalıyıq. "İnter"lə oyuna görə nə qədər vaxt itirdik, müzakirələr getdi. Elə məsələlər var ki, o səhvləri etməməliyik. Düzgün, ağıllı formada mübarizə aparmalıyıq ki, bizə qarşı əks fikir olmasın. Görsünlər ki, mədəniyyətimizi qoruyub saxlayırıq. Nurlan bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq”.