20:47 21-01-2021
news_image
569
FUTBOL

Mahir Emreli və Donald Geryenin təkliflərinə aydınlıq gətirdi – Qurban Qurbanov

“Donald Gerye var ki, getsin də? (gülür). Gerye ilə bağlı bir xəbər yoxdur”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah”la oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında xarici klubların maraq dairəsində olan futbolçularla bağlı bəzi mətləblərə aydınlıq gətirib. Qurbanov Donald Geryenin Türkiyə klubunun, Mahir Emrelinin isə Polşa klubunun maraq dairəsində olmasına münasibət bildirib: “Amma Mahir üçün Polşa klubundan təklif gəlib. Futbolçunun özünün də razılığı var. Amma təbii ki, hərtərəfli razılıq olmalıdır. Mahirlə bağlı elə bir ciddi dəyişiklik gözlənilmir. Gerye hələ İstanbuldadır, özü getməz. Sənədləri bizdədir”.