22:29 21-01-2021
news_image
258
FUTBOL

“Monako”ya lazım olmadı – serbiyalı müdafiəçi

Fransa Liqa1 təmsilçisi “Monako” futbolçusu Strahinya Pavloviçi icarəyə göndərib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını Belçikada davam etdirəcək.

O, mövsümün sonunadək “Serkl Brügge”nin uğurları üçün çalışacaq. 19 yaşlı serbiyalı ötən qış “Partizan”dan transfer olunub.

Qeyd edək ki, Pavloviç cari mövsüm 1 oyunda şans qazanıb.