09:06 22-01-2021
news_image
400
DİGƏR NÖVLƏR

Millimizə baş məşqçi təyin olundu – belaruslu

Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi təyin olunub.

Apasport.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə belaruslu mütəxəssis Olqa Barkalava gətirilıib.

Barkalava 22 ildir qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. Son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.

Olqa Barkalava təyinatından sonra AGF-in mətbuat xidmətinə açıqlamasında təəssüratlarını bölüşüb. “Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.