09:10 22-01-2021
news_image
383
FUTBOL

68 oyunluq seriyası qırıldı – “Liverpul”un

İngiltərə Premyer Liqasının XVIII turunda “Bernli” ilə qarşılaşan “Liverpul” 0:1 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, bu, “qırmızılar”ın uğurlu seriyasının qırılmasına səbəb olub.

Yurgen Kloppun yetirmələri 68 matçdan sonra ilk dəfə “Enfild Roud”da rəqibinə yenilib. Komanda buna qədər axırıncı dəfə 2017-ci ilin aprelində Premyer Liqanın XXXIV turunda “Kristal Pelas”a evdə uduzmuşdu (1:2).

Uğurlu seriyası qırılan “Liverpul” Premyer Liqa rekorduna yaxınlaşa bilməyib. Bu baxımdan ən yaxşı göstərici “Çelsi”dədir. Londonlular ardıcıl 84 ev matçında yenilməyib.