09:27 22-01-2021
news_image
458
FUTBOL

“Barselona” tarixinə düşdü – III divizion qapıçısı

İspaniyanın III divizion təmsilçisi “Kornelyo”nun qapıçısı Ramon Xuan tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, o, İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Barselona” ilə oyunda buna nail olub.

21 yaşlı qolkiper qarşılaşmanın 39 və 80-ci dəqiqələrində müvafiq olaraq Miralem Pyaniç və Usman Dembelenin penalti zərbəsini dəf edib. Xuan “Barselona” ilə görüşdə iki penalti zərbəsi qaytaran ilk qapıçı kimi tarixə düşüb. Gənc qolkiper eyni zamanda 7 seyv edib.

Qeyd edək ki, “Barselona” Usman Dembelenin 92, Martin Breytveytin isə 120+1-ci dəqiqədə vurduğu qollar sayəsində 2:0 hesablı qələbə qazanaraq, 1/8 finala yüksəlib.