09:39 22-01-2021
news_image
468
FUTBOL

Əsas heyətdə yeri açıldı – Ozan Can Kökçünün

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni komandası “Telstar”da ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, Niderland təmsilçisində icarə əsasında çıxış edən hücumçu Sebastyan Soto müqavilə ilə məxsus olduğu İngiltərə klubu “Norviç”ə qayıdıb.

Cari mövsüm ikinci liqada keçirdiyi 12 oyunda 7 qol vuran ABŞ millisinin üzvünü “Telstar”da məhz “Sabah”dan icarəyə götürülən Ozan Can əvəz edə bilər. Yerli mətbuat Ozanın özünü göstərəcəyi təqdirdə, boşluğu dolduracağını, lakin təcrübəsiz olduğundan şansının az olduğunu yazıb. Baş məşqçi Andries Yonker bunun üçün yığmamızın üzvünün tam hazır olmasını istəyir: “Ozan Can əvvəlcə oynamağa haqq qazansın, daha sonra nələr olacağını görəcəyik”.

Qeyd edək ki, Ozan Can Kökçü “Telstar”a mövsümün sonuna qədər icarəyə keçib.