11:33 22-01-2021
news_image
91
FUTBOL

Baş məşqçisini buraxmadı – “Çelsi”yə

Almaniyanın “Leypsiq” klubu baş məşqçisi Yulian Naqelsmanı İngiltərəyə buraxmayıb.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis “Çelsi”dən təklif alsa da, Bundesliqa təmsilçisi buna razı olmayıb.

Uğursuz mövsüm keçirən “zadəganlar” tezliklə Frenk Lempardla yolları ayırıb, onu Naqelsmanla əvəzləmək istəyib. Lakin “Leypsiq” rəhbərliyi çalışdırıcısının mövsümün ortasında gedişinə mənfi cavab verib. Ancaq Bundesliqa klubu 34 yaşlı mütəxəssisin mövsümün sonunda ayrılmaq ehtimalını nəzərə alaraq, “Zalsburq”un baş məşqçisi Cessi Marşla maraqlanır.

Qeyd edək ki, Yulian Naqelsman 2019-cu ildən “Leypsiq”ə rəhbərlik edir.