11:46 22-01-2021
news_image
85
FUTBOL

“Everton” braziliyalı futbolçusunu satır – 9 milyona

İngiltərənin “Everton” klubunun futbolçusu Bernard Liverpul təmsilçisini tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı braziliyalı yarımmüdafiəçi transferə çıxarılıb.

Onun qış transfer pəncərəsində özünə yeni klub tapacağı gözlənilir. Klub rəhbərliyi Bernard üçün 9 milyon funt sterlinq istəyir.

Braziliyalı “Əl-Nəsr”in maraq dairəsindədir. Səudiyyə Ərəbistanı təmsilçisi yarımmüdafiəçini transfer etmək niyyətindədir.

Qeyd edək ki, Bernard cari mövsüm 6 oyunda 1 qol vurub.